Yazını böyüt
Yazını kiçilt
“Hələ dünyada koronavirusa qarşı tam hazır peyvənd yoxdur”.
Hafta.az-ın məlumatına görə, bunu Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Qarayeva bildirib ki, bir neçə peyvənd hazırda 3-cü sınaq mərhələsindədir:
“Hazırda tam şəkildə bütün mərhələləri bitirmiş və ÜST tərəfindən təsdiq olunmuş peyvənd yoxdur. Ancaq 2-3 peyvənd namizəd var ki, onların nəticələri müsbət kimi qiymətləndirilir”.